Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycanda media cameəsi yoxdur”

Elçin Şıxlı: “Bizdə hərə bir məmurun əlinə baxır”

Azərbaycanda mediaya yönəlik təzyiqlər günü-gündən artmaqdadır. Maraqlıdır, medianın bu təzyiqləri önləmək, bu problemdən qismən də olsa yaxa qurtarmaq üçün ata biləcəyi hər hansı addım varmı? Çıxış yolu nədən ibarətdir?
24saat.org-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı bu problemin həlli üçün medianın lazımi həmrəyliyə, mütəşəkilliyə, müstəqilliyə malik olmadığını vurğuladı:
“Məsələ ondadır ki, media media olmalıdır. Bizdə media deyilən bir şey yoxdur. Media o demək deyil ki, kimsə nəsə yazdı, yaxud hansısa sayt yaratdı. Media o deməkdir ki, ölkədə media cameəsi, media cəmiyyəti olmalıdır. Insanlar bir-birlərini tanımalı, bir-birlərinə dəstək olmalıdır. Peşə baxımından həmrəylik sərgiləməlidirlər. Bunların heç biri bizdə yoxdur. Ona görə də media bu təzyiqlər qarşısında heç nə edə bilmir. Çünki hərə bir məmurun əlinə və cibinə baxır. Medianın əsas problemi bundadır. Mən buna media demirəm.”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İTV-nin sabiq əməkdaşı azadlığa buraxılıb

%d bloqqer bunu bəyənir: