Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycanda məişət narkomaniyası sürətlə yayılmaqdadır”

Eyyub Hüseynov: “Siqaret çəkən azyaşlıların sayı çoxalıb”

Bunu 24saat.org-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, azyaşlılar arasında siqaretdən istifadə hallarının artması xüsusilə üzücüdür:
“Təəssüfedici və narahatlıq doğuran hallardan biri azyaşlılar arasında siqaretdən istifadə hallarının artmasıdır. Xüsusilə də, yerli istehsal məhsulu olan filtirsiz siqaretlər daha ucuz olduğu üçün bunu almaq azyaşlılar üçün daha asan olur. Mənə bununla bağlı valideynlər müraciət edir və onlar övladlarının bu zərərli vərdişə qurşanmasından ciddi narahtlıq duyduqlarını bildirirlər. Hesab edirəm ki, əlaqədar qurumlar bu problemin aradan qalxması istiqamətində təcili şəkildə ciddi addımlar atmalı, bu tendensiyanın daha da genişlənməsini önləməlidir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Sovetski” söküntülərində rüşvət iddiası – FOTOLAR

%d bloqqer bunu bəyənir: