Loading...
Loading...

“Azərbaycanda məhkəmələr notarius funksiyasını yerinə yetirir”

 

Müzəffər Baxışov: “Onlar sadəcə prokurorluğun tərtib etdiyi ittiham aktlarını təsdiq edir”

“Azərbaycanda hüquq-mühafizə, eləcə də prokurorluq orqanları siyasiləşib və onlar hakimiyyətin verdiyi göstərişən kənara çıxa bilmir”.

Bunu 24saat.org-a açıqlamasında tanınmış hüquqşünas Müzəffər Baxışov bildirib. Hüquqşünasın sözlərinə görə, ölkədə müstəqil məhkəmə sisteminin mövcud olmaması vəziyyəti daha mürəkkəb və dözülməz edir: “Bu gün prokurorluq tərəfindən tərtib edilən istənilən ittiham aktı məhkəmələr tərəfindən təsiqlənir. Halbuki, Azərbaycanda müstəqil məhkəmə sistemi mövcud olsaydı, o zaman bu ittihamları qəbul etdirmək çox çətin olardı. Lakin təəssüflər olsun ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Məhkəmələr prokurorluq tərəfindən tərtib edilmiş ittiham aktlarını sadəcə notarius kimi təsdiq edirlər. Bu isə həmin ittiham aktlarının məhkəmələr tərəfindən qəbuluna yol açır”.

 

Seymur Əliyev

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Atəşkəsin 130 dəfə pozulduğu deyilir

%d bloqqer bunu bəyənir: