Loading...
Loading...

“Azərbaycanda fermerlərə verilən subsidiyalar səmərəsizdir”

Samir Əliyev: “Sahibkarlara qiymət zəmanəti verilməlidir”

İqtisadçı ekspert Samir Əliyev 24saat.org-a açıqlamasında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına marağı artırmaq, fermerlərin satış problemini həll etmək üçün konkret təkliflə çıxış edib. Ekspertin sözlərinə görə, məhsul istehsalını artırmaq üçün sahibkarlara qiymət zəmanəti verilməlidir:
“Azərbaycanda fermerlərə subsidiyalar verilir. Lakin say hesabı verilən bu subsidiyalar səmərəsizdir. Amerikada fermerlərin subsidiyalaşdırılması təcrübəsi daha səmərəlidir. Bizdə sahibkarlara qiymət zəmanəti verilməlidir. Əgər sahibkara qiymət zəmanəti verilsə, o zaman tam fərqli bir mənzərənin şahidi olarıq. Məsələn, tutaq ki, sahibkara deyilsə ki, bu məhsulun qiymətlərin necə dəyişməsindən asılı olmayaraq mövsümün sonunda səndən minimum bu qiymətə alacam, bu, fermerlərə vəd edilən qiymətə öz işini qurmağa imkan verər. Bu, daha məntiqli yanaşma olar. Azərbaycanda bu sistemn yoxdur. Bu sistem yeganə olaraq bu gün taxila münasibətdə tətbiq edilir. Digər məhsullara münasibətdə isə bu yoxdur. Belə olanda isə imkanı olanlar malını Rusiya bazarına, Bakıya çıxarır. Qalanları isə öz məhsullarını sata bilmir və ciddi ziyanla qarşılaşırlar”.

Seymur Əliyev

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Bakıda banklar dollar satışına mədudiyyət qoydu

%d bloqqer bunu bəyənir: