Loading...
Loading...

Azərbaycanda fahişəlik edənləri hansı cəza gözləyir?

Oxuculardan birinin ünvanladığı sual əsasında femida.az kiçik araşdırma aparıb
 

Mövzu fahişəlik nədir və bu işlə məşğul olanların cəzasını nə ola bilər?
Mövzu ilə bağlı sualları hüquqşünas Məhərrəməli Həmidov cavablandırıb.
 
– Fahişəlik nədir?
– Qadının istər öz evində, istər kənar bir yerdə pulnan görüşməsi o deməkdir ki, bu qadın öz bədənini pula satır. Öz bədəni pula satan qadını isə fahişə adlandırmaq olar. Fahişəliklə məşğul olan, əxlaqsız yuvaları təşkil edən, ümumiyyətlə bu cür əməllərə vasitəçilik edən şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutulub.
İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2 dekabr 1949-cu il tarixdə qəbul olunmuş Konvensiyanın 1-ci maddəsinə əsasən hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran, həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı, fahişəxana saxlayan və ya onu idarə edən, yaxud fahişəxanaları düşünülmüş şəkildə maliyyələşdirən, yaxud maliyyələşdirilməsində iştirak edən, üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edəcəyini bilə-bilə binanı və ya başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən, yaxud icarəyə götürən hər bir şəxsi cəzalandırmağı Bu Konvensiyaya qoşulan dövlətlər arasında Azərbaycan Respublikası da tərəf olaraq öhdəsinə götürüb.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə-
Dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
– Bəs 16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girənləri hansı cəza gözləyir?
– Əgər həmin insanın görüşdüyü qadın 16 yaşına çatmayıbsa, cinsi əlaqəyə girməsinə və yaxud seksual xarakterli hərəkətlərə razılıqın olub-olmamasından asılı olmayaraq, həmin insanın barəsində Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə- üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə-
Iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(ölkə.az)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ziya Məmmədovun sistemində yeni qazanc növü: bilet əvəzinə “lülə” satışı…

Loading...
%d bloqqer bunu bəyənir: