Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycanda elitar korrupsiyanın ləğvinə ciddi ehtiyac var”

Pənah Hüseyn: “Bunsuz effektiv nəticəyə nail olmaq mümkün deyil”

“Elə bir sahə yoxdur ki, həmin sahəyə korrupsiya sirayət etməsin”

AXP sədri Pənah Hüseyn 24saat.org-a açıqlamasında Azərbaycanda korrupsiya problemi və bu problemə qarşı təsirli mübarizə vasitələri ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri hesab edir ki, korrupiyaya qarşı uğurlu mübariz aparmaq üçün öncə elitar korrupsiyanın ləğvinə nail olmaq lazımdır:
“Korrupsiya problemi Azerbaycanın milli təhlükəsizlik məsələsinə qədər gedib çıxan bir problemdir. Elə bir sahə yoxdur ki, həmin sahəyə korrupsiya sirayət etməsin. Korrupsiya ümumdünya hadisəsidir. Azərbycanda isə bu, pataloji bir hala gətirib çıxarıb. Buna görə də Azərbaycanın korrupsiyaya qarşı mübarizədə ciddi uğur əldə etdiyini söyləmək mümkün deyil. Qalmaqallı son məhkəmə prosesləri də göstərdi ki, ölkənin milyardlarla manat vəsaiti talanıb.
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün öncə elitar korrupsiya, yəni hakimiyyətin yuxarı eşalonuna məxsus korrupsiya aradan qaldırırmalıdır. Bu problemə qarşı mübarizədə uğur əldə etmək üçün, öncə elital korrupsiya ləğv rfilməlidir. Əgər bu baş versəydi, o zaman ASAN xidmət və digər yeniliklərin tətbiqi daha effektiv olardı. Lakin təssüb ki, elitar korrupsiyaya qarşı uğurlu mübarizəyə şahid olmaq mümkün deyil. Hsndı ki, elitar korrupsiya Azərbaycanın ən ciddi problemlərindən biridir”.

Seymur Əliyev

Foto – Məhəmməd Türkmənə aiddir
24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Vüsal Novruzov DGK sədrinə qarşı – FAKTLAR DANIŞIR

%d bloqqer bunu bəyənir: