Loading...
Loading...

Azərbaycanda dollar bahalaşmaqda davam edəcək

Samir Əliyev: «Hökumət istəsə belə, manatın kursunu saxlamaqda çətinlik çəkir»

Azərbaycanda dollar hər keçən gün bahalaşmaqda davam edir. Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnə də, bazarda da hər gün bahalaşma müşahidə edilir. Üstəlik, Mərkəzi Bank məzənnəni bir gün üçün müəyyənləşdirsə də, banklar isə gün ərzində qiyməti dəyişirlər, artırırlar. Artıq Azərbaycanda dolların alış-satış qiyməti bazarda 1.60-dan yuxarıdır. Hətta bir çox bankların dolları 1,61-163 manat civarında satdığı qeyd edilir.

Ekspertlər dolların payız üçün 1 manat 80 qəpiyə çatacağını proqnozlaşdırsalar da, bu hədd artıq yay aylarında özünü göstərməkdədir. Bahalaşmanın qarşısı isə alınmır.

Qeyd edək ki, Mərkəzi Bank da dünən Azərbaycanın kommersiya banklarında 1 dolların 1,6 manatdan baha satıldığını açıqlayıb. Mövcud qaydalara görə, kommersiya bankları Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən maksimum 4 faiz yuxarı və ya aşağı xarici valyutanın mübadiləsini həyata keçirə bilərlər.

Mərkəzi Bank dolların manata qarşı iyulun 26-na nəzərdə tutulan məzənnəsini də açıqlayıb. Iyulun 26-a USD/AZN rəsmi məzənnəsi 1,5755 səviyyəsində müəyyən olunub.

samir-eliyev-iqtisadci

Iqtisadçı-ekspert Samir Əliyev deyir ki, dolların bahalaşması və manatın ucuzlaşması ölkənin iqtisadi vəziyyətinə bağlı məsələdir. Ekspertin sözlərinə görə, ölkənin tədiyyə balansının ilk rübü kəsirlə olub, ikinci rüb isə hələlik açıqlanmayıb. Amma Samir Əliyev ikinci rübün nəticəsinin də mənfi olacağını düşünür: “Tədiyyə balansı ölkəyə gələn və çıxan xarici valyutanın fərqidir. Tədiyyə balansı mənfi olanda ölkədən çıxan dollar gələndən çox olur. Ölkədən çox dollar çıxanda dollar qıtlığı yaranır. Bu da dolların bahalaşmasına və milli valyutanın məzənnəsinin ucuzlaşmasına gətirib çıxarır”.

Azərbaycan iqtisadiyyatının ixrac strukturunun əsasən, neftdən asılı olduğunu və neftin qiymətinin xeyli ucuzlaşdığını xatırladan ekspert qeyd edir ki, ötən müddətdə qeyri-neft sektorunun inkişaf etdirilməməsi ciddi problemlər yaradıb. Nəticədə milli valyuta təzyiq altında qalıb: “Hökumət istəsə belə, manatın kursunu saxlamaqda çətinlik çəkir. Ona görə də dolların bahalaşması tədricən gedir.  Bundan əvvəl manatın məzənnəsini sabit saxlayırdılar. Sonra da məcbur olub iki kəskin devalvasiyaya getdilər. Indi də kəskin devalvasiyadan qaçmaq üçün dolları manata nisbətdə  hər gün 0,3 qəpik bahalaşdırırlar. Hökumət prosesi tədricən aparmaq istəyir və vəziyyət belə davam edəcək. Neftin qiymətində bahalaşmanın olmayacağı və tədiyyə balansında kəsirin mövcudluğu şəraitində, manatın ucuzlaşması prosesi davam edəcək”.

azadliq.info

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Neft Fondu 27 banka 50 milyon dollar satdı

Loading...
%d bloqqer bunu bəyənir: