Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106477

Azərbaycanda deputatların əməkhaqqı xərcləri açıqlanıb

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23089714 manat xərclənəcək.

Bu, Azərbaycan parlamentinin “2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394780 manat baha başa gələcək.
Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16664786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2443608 manatı deputatların əməkhaqqısının ödənilməsinə sərf olunacaq.
Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270000 manat, parlamentin aparatında çalışan şəxslərə 2607336 manat, deputat köməkçilərinə 1365000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1513524 manat əməkhaqqı ödənilməsi nəzərdə tutulub.(Report)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanın tanınmış alimi vəfat edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: