Loading...
Loading...
64840

Azərbaycanda canavar sürüsü kəndə hücum etdi

Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib.

Report-un məlumatına görə, hadisə gecə saatlarında Məşədiqaralar kənd sakini Abuzər Hüseynova məxsus təsərrüfatda baş verib.
Belə ki, yırtıcılar bir baş uzunqulaq parçalayıb və bir baş atı yaralayıblar. Qonşuları köməyə çağıran ev sahibi yaxınlıqda olan atı yırtıcılardan xilas edə bilib.
A.Hüseynovun bildirib ki, son günlər həm otlaq sahələrinə həm də, həyətlərə yırtıcılar tez-tez hücüm edir. Onun sözlərinə görə, son 3 ayda canvarlar üç baş ulaq və bir neçə xırdabuynuzlu heyvanını parçalayıb.
Kənd sakinləri canavarların insanlara hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakıda məktəbdə şagird, müəllim və valideynlər arasında dava düşüb, 5 nəfər xəsarət alıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: