Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda bu ilin ən populyar adları Yusif və Zəhradır

Bu ilin ötən dövrü ərzində Azərbaycanda doğulan uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb. Ədliyyə Nazirliyindən bildirilib ki, bu il doğulan oğlan uşaqlarından 712-nə Yusif adı verilib.

Siyahıda sonrakı yerləri Hüseyn (495), Əli (453), Ömər (354), Murad (292), Tunar (286), Məhəmməd (285), Uğur (272), Ayxan (265), İbrahim (202) adları yer alıb.

Bu il doğulan oğlan uşaqlarına verilən adlar arasında Onur (48), Amin (110), Turan (83), Fateh (49) kimi adlar da yer alıb.

Doğulan qız uşaqlarından 587-nə Zəhra adı verilib.

Nuray (497), Fatimə (385), Aylin (383), Zeynəb (376), Məryəm (331), Ayan (323), Mələk (288), Səma (250), Dəniz (212) kimi adlar da üstünlük təşkil edib.

Ad siyahısına yaxın keçmişdə daxil olan Əsma (120) Damla (95) Sevgi (66), Elif (50), Əsnad (48), Duyğu (39), Nihan (32), Dərya (26) kimi adlara yer verənlərin də sayı artıb. (“Report”)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bu yollar sabah bağlı olacaq – SİYAHI

%d bloqqer bunu bəyənir: