Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
banan

Azərbaycanda bananın ucuzlaşma səbəbi – AÇIQLANDI

Azərbaycanda bananın qiyməti ucuzlaşmaqda davam edir. Qiyməti adətən, 2.50 – 3 manat civarında olan banan hazırda, paytaxt dükanlarında 1.6 – 2 manata satılır. Dolların manata nisbətdə bahalaşması səbəbilə, bəzi məhsulların qiymətində artım baş verdi, lakin idxal olunan bananın qiyməti hələ də ucuzlaşır.
Bananın qiymətində dəyişikliyin olmasının səbəbi nədir? Ölkəyə keyfiyyətsiz banan idxal edilirmi?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ANN.Az-a açıqlamasında ucuzlaşmanı əhalinin kəskin şəkildə alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqələndirib:
Vahid Məhərrəmov – Kənd təsərrüfatı üzrə ekspert
“Əhali artıq əvvəlki kimi eqzotik meyvələrə, bahalı meyvə-tərəvəzə maraq göstərmir. Ölkədə əhalinin əsas hissəsini kasıb təbəqə təşkil edir. Varlı təbəqə isə çox az səviyyədədir. Bu səbəbdən də, bu işlə məşğul olan adamlar anlayırlar ki, qiyməti əvvəlki kimi yüksək saxlamaq onlara ziyan verə bilər. Həmçinin, ölkəyə gətirdikləri banan və digər meyvələr qısa müddətdə xarab ola bilər. Qiyməti dövriyyə hesabına endirməklə, doğru addım atıblar. Yəni, daha çox mal satıb, dövriyyə hesabına gəlir əldə edirlər. Amma məhsulun ucuzlaşmasına baxmayaraq, regionda olan digər qonşu dövlətlər arasında analoji məhsulun satış qiyməti yenə də bahadır”. 
 
“Qiymətin bu səviyyədə qalması bir müddət davam edəcək. Bananın qiymətinin ucuzlaşdırılması yaranmış vəziyyətə uyğundur. Alıcılıq qabiliyyəti azalmasaydı, qiymət enməsinin şahidi olmayacaydıq”, – deyə ekspert əlavə edib.
Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Murtuzəli Hacıyev bananın qiymətinin ucuzlaşmasının ölkəyə yararsız məhsul gətirilməsi ilə əlaqəsinin olmadığı bildirdi:
Murtuzəli Hacıyev –  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi
“Nazirliyə belə bir fakt daxil olmayıb. İstər ölkəyə idxal olunan, istərsə də ölkədə yetişdirilən məhsullar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən keçirilir, onların keyfiyyətləri analiz edilir. Yəni, ölkəyə keyfiyyətsiz bananların gətirilməsilə bağlı yayılan informasiyalar yanlışdır. Bananın qiymətin ucuzlaşıb, daha yaxşı. Bu haqda başqa heç nə deyə bilmərəm. Azərbaycanda banan yetişdirilmir. Ölkəyə idxal olunan bananın keyfiyyətsizliyi ilə bağlı heç bir məlumat doğru deyil”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Paytaxt dönərxanaları kütləvi şəkildə bağlanmaq təhlükəsi ilə üz-üzədir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: