Loading...
Loading...

Azərbaycanda anomal istilər davam edəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən  verilən məlumata görə, ölkə ərazisində isti hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji xəbərdarlıq – yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz,  meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Deputat Tahir Süleymanlının milyon dollarlıq vilasının sirri – VİDEO

%d bloqqer bunu bəyənir: