Loading...
Loading...

Azərbaycanda 5,6 maqnitudalı zəlzələ baş verdi

Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İmişlidə yeraltı təkanlar yerli vaxtla saat 08:46-da qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

İlkin məlumatlara görə, zəlzələ zamanı bəzi evlərdə çatlar əmələ gəlib.

Gəncə şəhərində təxminən 25-30 saniyə davam edən yer silkənməsi zamanı bəzi evlərdə ev əşyaları yerə düşərək sınıb. Binalarda hər hansı bir fəsadın olub-olmaması barədə hələ məlumat verilməyib. (“Report”)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İmişlidəki zəlzələ nəticəsində İranda 1 nəfər dünyasını dəyişib

%d bloqqer bunu bəyənir: