Loading...
Loading...

Azərbaycanda 27 mindən artıq ad ləğv olunub

“Şəxsi adların yazılması forması ilə bağlı bizə müraciət edənlərin sayı artıb. “Şəxsi adların izahlı lüğəti” avqust ayının sonunda çap olunacaq. Bu lüğət demokratik və dil qayda-qanunu prinsipi əsasında hazırlanıb. Lüğət dərc olunandan sonra Ədliyyə Nazirliyi onu 81 qeydiyyat idarəsinə paylayacaq”.

Bu sözləri Bizimyol.info-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O deyib ki, Terminologiya Komissiyasının tərkibində Adlar və Soyadlar Komissiyası fəaliyyət göstərir: “Hər iki komissiyada obyekt dilçilik məsələsi olduğu üçün birləşdirilib. Belə ki, həmin komissiya Terminologiya Komissiyasının tərkibinə verilib”.

S.Sadıqova bildirir ki, müxtəlif bölgələrdə fərqli şəkildə tələffüz olunan şəxsi adları “Şəxsi adların izahı lüğəti”ndə vahid dil ədəbi qayda-qanunu əsasında hazırlayıblar: “Məsələn, bu günə kimi Yusif adı müxtəlif çür deyilib və yazılıb: Yusuf, Yusiv, Yusub. Bəzi dialektlərdə hətta Usuf da deyilib. Yusif qədim sözdür, şərq xalqlarında bu ad geniş yayılıb.

Məsələn, mənim adım Səyalı şəkilində də tələffüz olunur. Onun yazılış forması isə birdir: Sayalı.
Ədliyyə Nazirliyin xətti ilə dərc olunacaq “Şəxsi adların izahı lüğəti”ndə 7 mindən çox ad toplanıb. Bu da son nöqtə deyil. Çünki cəmiyyət inkişaf etdikcə yeni adlar yaranır. Biz qeydiyyatda olan adlar sistemini və şəxsiyyət vəsiqələrində olan adları toplamışıq, izahını, mənasını vermişik. Lüğətdə adın hansı mənşədən olması da qeyd olunub”.

S.Sadıqova bildirir ki, sözügedən lüğətdə daha çox qoyulan adlar əks olunub: “Yəni işləklik qazanmış adları dərc etmişik. Valideynlər öz övladına ad seçərkən bu lüğətə baxaraq onun mənasına bilərkdən övladına ad qoya biləcək. Burada adların yazılış qaydaları əks olunub.

Əlbəttə, bu sön nöqtə deyil, yəni ancaq lüğətdə olan adlar qoyulmalı, başqa adlar da qoyulmamalıdır deyə bir prinsip yoxdur. Gözəl adlar qoymaq istəyən qoysun. Məsələn, Sevil, Yaşar adları yox idi, Cəfər Cabbarlı həmin adları gətirdi.

Yaxınlarda da bir vətəndaş müraciət edib, dedi ki, övladının adını İşıqay qoymaq istəyir. Nuray adı var. Bildiyimiz kimi Nur ərəb sözüdür. Qoysun, lap yaxşı, İşıqay işləklik qazanacaqsa, qazansın. Biz şəxsi adlarla bağlı işləri demokratik və dil qayda-qanunu istiqamətdə davam etdiririk”.
Terminologiya Komissiyasının sədr müavini vurğuladı ki, 2700-ə yaxın şəxs ad isə ləğv olunub: “Hətta bəzi şəxslər “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən müraciət edərək adlarını dəyişiblər. Ləğv olunan adlar sırasında Ansambl, Alak, Boran kimi adlar olub”.

Qeyd edək ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Prezidentin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Hansı bürcdən olan xanımlar xoşbəxt olur? – Ailə həyatı

%d bloqqer bunu bəyənir: