Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycanda 2 qız faciəvi şəkildə öldü

Sabirabadda 14, Şirvanda isə 16 yaşlı qızı elektrik vurub.

24saat.com Regiontv-yə istinadən xəbər verir ki, hər iki şəxs dünyasını dəyişib. Şirvan şəhər sakini 2000-ci il təvəllüdlü Mədinə Ağadur qızı Kərimovanı bu gün səhər saatlarında soyuducunun elektrik cərəyanı vuraraq öldürüb.

Digər hadisə isə günorta saatlarında Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Güllü İlqar qızı Baxışovanı həyətlərində su nasosundakı elektrik gərginliyi vurub. Hər iki qız Şirvan şəhər xəstəxanasına çatdırılarkən yolda dünyalarını dəyişiblər. Meyitlər Şirvan şəhəri morqunda müayinə edildikdən sonra ailələrinə təhvil verilib.

Faktla bağlı Sabirabad və Şirvan prokurorluqları tərəfindən araşdırma aparılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Zərdabda polis avtomobili qəzaya düşdü: Ölən var – FOTO

%d bloqqer bunu bəyənir: