Loading...
Loading...
52311.jpg

Azərbaycanda 15 yaşlı qız böyük bacısının əri ilə qaçdı

Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva itkin düşüb. Ailəsinin polisə verdiyi məlumata görə, 15 yaşlı Aynurə evdən çıxıb və bir də geri qayıtmayıb.

Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsə də, valideynləri onun azyaşlı olduğunu əsas gətirərək “yox” cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları üzə çıxıb.
Publika.az bildirir ki, A.Nağıyeva əslində itkin düşməyib, o böyük bacısının əri ilə qaçıb.
Cəlilabad Rayon Polis Şöbəsindən publika.az-a bu məlumatı təsdiqləyiblər. Şöbədən bildirilib ki, A.Nağıyeva böyük bacısının əri ilə gedib və ailənin də bundan xəbəri var: “Böyük bacısının əri ilə onun münasibətləri olub. O, aylarla öz ailəsini qoyub qaynatasının evində qalırmış. Ayın 23-də yeznə iki uşağı ilə birlikdə arvadını gətirib qaynatasının evinə qoyub. Arvadının 15 yaşlı bacısını da götürüb aparıb. İndi Aynurənin böyük bacısı ata evindədir. Hazırda qızın axtarışları davam edir. Yeznənin öz evi, qohumlarının evində axtarışlar aparmışıq. Hələ ki, onlar tapılmayıblar. Böyük ehtimalla onlar tapılandan sonra qız azyaşlı olduğuna görə oğlan tutulacaq”.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İş adamı özünü güllələdi – Zabratda

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: