Loading...
Loading...
b27c840db9a241dcd6ab4071c3fde6fc

Azərbaycanda 14 yaşlı qıza qarşı seksual CİNAYƏT: …meyiti tapıldı

Bu gün Şirvan şəhər Polis Şöbəsində intihar edən 50 yaşlı kişi ilə bağlı bəzi faktlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 50 yaşlı Muradov Vaqif Şahbalı oğlu barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl saxlanılıb. Daha sonra o, Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Bildirilir ki, 50 yaşlı V.Muradov övladlığa götürdüyü və 14 yaşı hələ tamam olmamış qızına qarşı etdiyi seksual xarakterli zorakılıq əməlinə görə tutulub. Bu barədə polisə məlumat daxil olan kimi araşdırma başlayıb. İlkin olaraq fakt təsdiqini tapıb.

Törətdiyi əməlin yaratdığı ağır psixoloji təzyiqin təsirində olan 50 yaşlı kişi bu gün səhər saatlarında boğaz və qol damarlarını kəsərək intihar edib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

50 yaşlı kişi 14 yaşlı qızı zorladı, özünü bölmədə öldürdü – Azərbaycanda

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: