Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycana gətirilən bir ton avokadoda xəstəlik aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib.

KTN-in mətbuat xidmətindən bildirilib ki, meyvələr Niderland Krallığından Azərbaycana idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün “Təmiz Şəhər” ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Sabiq nazirin qohumunun məhkəməsində şahidlər ifadə verib

%d bloqqer bunu bəyənir: