Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycana gələn avroparlamentarilər pis vəziyyətə düşdü

Avropa Parlamentinin bir neçə üzvü Azərbaycana gələrək Referendum Aktını müdafiə edən bəyanatla çıxış etmişdi. Lakin onlar həmkarlarının qınağı ilə üzləşib. Bu barədə Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb:

“Dostlar! Bilirsiniz ki, Avropa Parlamentinin Polşadan olan deputatı Rışard Çzanetski və bir sıra digər üzvləri ötən həftə Azərbaycana gəlmiş və ölkə başçısı ilə görüşdən sonra Referendum Aktını müdafiə edən bəyanatla çıxış etmişdi. Biz bu yaxınlarda Avropa da keçirdiyimiz görüşlərdə buna etiraz etdik. Nəhayət, bu gün Avropa Parlamentinin iki nüfuzlu üzvü – Elmar Brok və Linda Mkavan bəyanat yayaraq, həmkarları Rışard Çzanetskinin Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumla bağlı səsləndirdiyi bəyanatı pisləyiblər. Çzanetski demişdi ki, “Sentyabrın 26-da Azərbaycan vətəndaşları Konstitusiyaya düzəlişlərlə bağlı səs verəcəklər və referendumun nəticələrinin Azərbaycan xalqının iradəsinin əsl demokratik ifadəsi olacaqdır”. Avropa Parlamentinin məsul şəxsləri kimi qurumun xarici məsələlər komissiyasına rəhbəri Elmar Brok, demokratiyaya və seçkilərə dəstək qrupunun həmsədri Linda Mkavan bu gün açıq şəkildə bəyan ediblər ki, Rışard Çzanetskinin dedikləri Avropa Parlamentinin fikri deyil və “cənab Çzanetskinin Azərbaycan məsələləri ilə bağlı Avropa Parlamenti adından danışmaq mandatı yoxdur”. Bu barədə daha ətraflı Milli Şuranın 17 sentyabr mitinqində məlumat veriləcək”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sekutadan Qarabağ AÇIQLAMASI

%d bloqqer bunu bəyənir: