Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycana ən çox ərəb bu ölkədən gəlir – RƏSMİ

2016-cı ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib. Adıçəkilən ölkələrin böyük əksəriyyətindən ölkəmizə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.

Müqayisə üçün bildiririk ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.

Mədəniyyət və Turizm Nazirliyindən Moderator.az-a verilən məlumata görə, ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər etmişdir ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.

2016-cı ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Şanlı hökumətimiz Marsda velosiped bazarını ələ keçirsə…”

%d bloqqer bunu bəyənir: