Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan XİN: Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha ifadə edirik

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətlədiyini bəyan edib.

Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

“Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iyunun 28-də axşam saatlarında törədilən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Siyavuş Novruzov: “Azərbaycanda ictimai sabitlik və təhlükəsizlik ən yüksək səviyyədə qorunur”

%d bloqqer bunu bəyənir: