Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan XİN: “Nalbandyan Vyana görüşlərinin mahiyyətini təhrif edir”

“Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən yenə də Vyana görüşlərinin mahiyyəti təhrif edilir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib”.

Virtualaz.org bildirir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır: “Atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəminin yaradılmasıdır. Münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi isə qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan işğal faktına və bu ölkənin qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük”.

“Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır. Bu ayın axırında xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”, – deyə H.Hacıyev vurğulayıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Alimin “Sovetski” söküntüsünə qiyməti: “Bu barbarlıqdır”

%d bloqqer bunu bəyənir: