Loading...
Loading...

Azərbaycan XİN: “Ermənistan mövcud status kvonun gücləndirilməsinə çalışır”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın sonuncu açıqlamasına münasibət bildirib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir: “Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır. Bu isə status kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir. Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Savçenko İlqar Məmmədovun azadlığa buraxılmasını tələb etdi

Loading...
%d bloqqer bunu bəyənir: