Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan xaricdən nə alır və xaricə nə satır?

Bu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8 mlrd. 367,5 mln. dollar, o cümlədən ixracın dəyəri 5 mlrd. 36,1 mln. dollar, idxalın dəyəri 3 mlrd. 331,4 mln. dollar təşkil edib. 1704,7 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Virtualaz.org-un Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2016-cı ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal olunub.

Ticarət dövriyyəsinin 41,8%-i (ötən ay 42,3%) Avropa İttifaqı ölkələri, 12,2%-i (10,7%) MDB üzvü dövlətləri, 46%-i (47) isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qlobal neft tələbinin artım sürəti aşağı düşəcək

%d bloqqer bunu bəyənir: