Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101110.jpg

Azərbaycan xaricə snayper tüfəngi ixrac edəcək

Azərbaycan “Yalquzaq” snayper tüfənginin ixracını həyata keçirəcək.

Moderator.az AzeriDefence-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov bildirib.
İ.Nəzərovun bir ölkə ilə snayper tüfənginin ixracına dair müqavilənin imzalandığını bildirib. Ölkənin adı açıqlanmayıb.
İxracla yanaşı, Sərhəd Qoşunlarından da ilk sifarişlər alınıb.
Müəssisə rəhbərinin sözlərinə görə, HP-7.62 hücum pulemyotuna da böyük maraq göstərilir. Daxili tələbat böyük olduğuna görə HP-7.62 pulemyotu üçün hələ ki ixrac müqaviləsi imzalanmayıb.
İ.Nəzərov qeyd edib ki, 7.62×51 mm “Yalquzaq” snayper tüfəngi bazardakı xarici analoqları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. “Bolt action” iş prinsipinə malik “Yalquzaq” snayper tüfəngi müxtəlif hava şəraitində istismar oluna bilir.
Daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab oluna bilər. “Yalquzaq” snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib. Bu da tətik mexanizminin sərtliyini, gediş məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan verir. Snayper tüfəngi 1000 metr məsafədə sərrast atışın aparılmasını təmin edir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Hava xəbəri

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: