Loading...
Loading...

Azərbaycan və İspaniya nazirləri görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov ispaniyalı həmkarı Jose Manuel Garcia-Margallo ilə görüşüb.

Nazirlik bildirir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginliklə bağlı ispaniyalı həmkarına məlumat verib. O deyib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Jose Manuel Garcia-Margallo ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.

İspaniyanın xarici işlər naziri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda iştirak edir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ərdoğan Bakıdan Putinə səsləndi

%d bloqqer bunu bəyənir: