Loading...
Loading...

Azərbaycan və ABŞ arasında imzalanmış “Açıq səma sazişi” qüvvəyə minib

ABŞ və Azərbaycan arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə “Azərbaycan Hava”>Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta arasında 26 aprel 2016-cı il tarixdə imzalanmış “Açıq Səma Sazişi” (“Open sky agreement”) bu gün qüvvəyə minib.

Bu barədə APA ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Qeyd edək ki, ikitərəfli saziş ABŞ və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.

“Açıq səma sazişi” aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət qoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.

Qeyd olunur ki, Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ABŞ-ın Federal Aviasiya İdarəsi ölkəmizi aviasiya təhlükəsizliyinin ən yüksək səviyyəsi “A” kateqoriyasına layiq görüb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Putin ABŞ-ı Qarabağ nizamlamasından kənarlaşdırır

%d bloqqer bunu bəyənir: