Loading...
Loading...

Azərbaycan ÜTT-dən 2 milyard avro istəyir

Mahmud Məmmədquliyev beynəxlaq təşkilatla aparılan danışıqların mahiyyətini açıqladı.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı işçi qrupun müzakirələrindən danışıb.
M.Məmmədquliyev APA-ya müzakirələrin gedişi ilə bağlı bəzi detalları açıqlayıb: «Artıq bizim hansı öhdəlikləri üzərimizə götürməli olduğumuz məsələlər üzrə sənədlərin hazırlanması prosesi gedir.
İyulda Cenevrədə iclas kifayət qədər aktiv keçdi. Həm ABŞ, həm də Avropa Birliyi tərəfindən çoxsaylı suallar var idi. Hələlik, onların suallarını məktub şəklində gözləyirik. Danışıqların növbəti mərhələsi müvafiq agentliklərin həmin suallara nə zaman cavab verməsindən asılıdır, biz də öz düzəlişlərimizi edəcəyik. Düşünürəm ki, növbəti işçi qrupun görüşünə gələn ilin ortasından tez hazır olmayacağıq».
Nazir müavini ikinci ciddi məsələ olaraq kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqları qeyd edib: «Biz onlara 2013-2015-ci illəri əhatə edən yeni cədvəl təqdim etmişik. Cədvəllə bağlı xüsusi müzakirələr olmayıb. Suallar daha çox bizim kənd təsərrüfatına dəstəklə bağlı təkliflərimizə aiddir. Biz hesab edirik ki Ümumi Daxili Məhsulun (ÜDM) 10 faizini kənd təsərrüfatına istifadə edə bilərik. ÜTT yalnız 5 faizinə razıdır. Qazaxıstana isə onlar 8.5 faiz veriblər. Lakin biz bu istiqamətdə təkid etməyə davam edəcəyik. Biz indi onlardan kənd təsərrüfatının dəstəklənməsi üçün 1 milyard istəyirik. İşğalın başa çatmasından sonra həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün də daha 1 milyard avro istəyirik».
Azərbaycanın ÜTT-yə üzvlüyünə dair danışıqlar 1997-ci ildən gedir. Amma bu 19 illik danışıqlarda, hələlik, real nəticə əldə edilməyib. Bəzi ekspertlərin düşüncələrinə görə, əslində hakimiyyət bu quruma üzvlükdə bir elə maraqlı deyil. Çünki bu quruma üzvlük ilk növbədə korrupsiya və inhisarın aradan qaldırılmasını tələb edir.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Xarici valyutaların bu günə olan rəsmi məzənnələri açıqlanıb

Loading...
%d bloqqer bunu bəyənir: