Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan Türkiyəyə hərbi dəstək verə bilər”

Elman Məmmədov: “Təbii, Türkiyə belə bir istəklə müraciət edərsə…”

Türkiyənin Suriya ərazisində İŞİD-qarşı başlatdığı anti-terror əməliyyatları bütün dünyada diqqətlə izlənilməkdədir. Maraqlıdır, ehtiyac yaranacağı təqdirdə Azərbaycan Türkiyəyə anti-terror əməliyyatlarında hərbi dəstək verə bilərmi?

Bununla bağlıModerator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov Türkiyənin belə bir istəklə müraciət edəcəyi təqdirdə Azərbaycanın qardaş ölkəyə dəstək verə biləcəyini vurğulayıb:

“Azərbaycanla Türkiyə arasnda hərbi əməkdaşlıqla bağlı bir sıra müqavilələr mövcuddur. Bu müqavilələr qüvvədədir. Əgər ehtiyac olarsa, Türkiyə dövləti belə bir istəklə Azərbaycana müraciət edərsə, Azərbaycan belə bir dəstək göstərə bilər. Türkiyə kifayət qədər güclü dövlətdir. Türkiyə hərbisi kifayət qədər güclüdür. Türkiyə Suriya ilə sərhəddində təhlükəsizliyini təmin etmək, terror təşkilatlarının ərazisinə sızmasının qarşısını almaq üçün məcburən belə bir əməliyyata start verib və inanıram ki, öz məqsədinə nail olacaq”.

 

Seymur Əliyev

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Yeni tələbələrin qeydiyyat müddəti uzadıldı

%d bloqqer bunu bəyənir: