Loading...
Loading...

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası XİN-ə müraciət etdi: “ONLAR ÖLKƏMİZİ TƏHQİR EDİRLƏR”

2006-cı ildən QHT sektorunda aktiv fəaliyyət göstərən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə qorunması istiqamətdə mühüm işlər görüb. Təşkilatın nəzdində fəaliyyət göstərən Analitik Təhlil Mərkəzi zaman-zaman ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarında ön sırada mübarizə aparıb. Bugünlərdə təşkilatımıza daxil olan məlumat idarə heyətimiz tərəfindən sözün bütün mənalarında ölkəmizi, atribuatlarımızı təhqir kimi qiymətləndirildi. ABŞ-da fəaliyyət göstərən, dünyada məşhur online alqı-satqı şirkəti olan “Etsy Inc.” Şirkəti Azərbaycana aid bəzi məhsulların satışını həyata keçirir. Təqdim olunan məhsullarda isə Azərbaycan xəritəsi tamamilə təhrif olunmuş formada təqdim olunub. Bəzi məhsullarda Dağlıq Qarabağ bölgəsi, bəzilərində isə Naxçıvan MR xəritəmizə aid edilməyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən ASGA-nın sədri Səbuhi Abbasov bunun qərəzli və düşünülmüş şəkildə həyata keçirildiyini dedi: “Aydın məsələdir ki, bu şərəfsizlik erməni lobbisi tərəfindən planlı şəkildə həyata keçirilir. Bununla bağlı “Etsy Inc.” Şirkətinin təsisçiləri Robert Kalin, Chris Maguire, Haim Schoppik, Jared Tarbellə də müraciət ünvanladıq. Eyni zamanda Xarici İşlər Nazirliyinə müraciət etdik. ASGA-nın rəsmi tərəfdaşı olan AMİİ Fondunun rəhbəri Şamil Tağıyev bizə bu barədə yazdı və Rusiyadakı həmyerlilərimizin məsələdən ciddi narahat olduqlarını dedi. Bu kimi məsələlərdə diaspor təşkilatlarımız diqqətli olmalıdırlar. Biz ölkəmizi təhqir edən istənilən addıma sərt reaksiya göstərəcəyik”

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev isə bu kimi problemlərin ölkələrarası münasibətlər çərçivəsində həllinin mümkün olduğunu dedi: “ABŞ Azərbaycanla strateji tərəfdaşdır. Bundan başqa Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb. Belə olan halda özəl qurum olsa belə ölkəmizin ərazi bütövlüyünün kommersiya məqsədi ilə təhrif olunması yolverilməzdir. Aidiyyatı qurumlar bu məsələni ciddi nəzarətdə saxlamalı və müvafiq addımlar atmalıdırlar. Satışa çıxarılan məhsullar peşəkar səviyyədə reklam olunur. Siz təsəvvür edin ki, bu məhsul dünya üzrə satışa çıxarılıb. Yüzlərlə insan Azərbaycan xəritəsini təhrif olunmuş formada tanıya bilər. Bu əslində mübarizənin yeni metodudu.” – A.Verdiyev bildirib.

Məsələ ilə bağlı aidiyyatı fotoları və linkləri təqdim edirik:

https://www.etsy.com/ru/search?q=azerbaijan&ref=market&page=1

 

https://en.wikipedia.org/wiki/Etsy

 

https://www.etsy.com/ru/listing/228274058/i-left-my-heart-in-azerbaijan-map-t?ga_order=most_relevant&ga_search_type=all&ga_view_type=gallery&ga_search_query=azerbaijan&ref=sr_gallery_27

 

https://www.etsy.com/ru/listing/245880980/azerbaijan-shirt-love-azerbaijan?ga_order=most_relevant&ga_search_type=all&ga_view_type=gallery&ga_search_query=azerbaijan&ref=sc_gallery_2&plkey=aa83896290f71b3ee5abfa8a11117164dca54d73:245880980

 

https://www.etsy.com/ru/listing/197040533/i-love-azerbaijan-country-necklace?ga_order=most_relevant&ga_search_type=all&ga_view_type=gallery&ga_search_query=azerbaijan&ref=sr_gallery_2

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İran yenə Azərbaycanı yox, Ermənistanı seçdi

%d bloqqer bunu bəyənir: