Loading...
Loading...

Azərbaycan şirkətinin təyyarəsi Əfqanıstanda qəzaya uğradı

Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub”.

Virtualaz.org xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

Xəbərə görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer havalimanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.

“Əldə olunan məlumata əsasən, heyətin tərkibinə kapitan olan Özbəkistan vətəndaşı, üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir” – deyə, qeyd edilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Erməni “qanuni oğru”nu asfalta belə yatırdılar – VİDEO

Loading...
%d bloqqer bunu bəyənir: