Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan şirkətindən İŞİD-lə bağlı AÇIQLAMA

“Hazırda saytın bərpa olunması istiqamətində işlər aparılır”.

Bu haqda Modern.az saytına “Rəvan Sığorta” ASC-nin müştəri xidmətinin əməkdaşı bildirib.

 

O qeyd edib ki, haker hücumu gecə saatlarında baş verib:

“Bu gün bizdə iş saatı deyil. Amma dünən normal iş rejimində işləmişik, heç bir problem olmayıb. Saytımıza və digər saytlara daxil ola bilirdik”.

 

Qurum rəsmisi deyib ki, aidiyyatı şöbə problemi aradan qaldırdıqdan sonra geniş açıqlama veriləcək.

 

Hakerlər Azərbaycanın “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar.

 

Sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

 

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

 

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Balakən küləyə təslim oldu – VİDEO

%d bloqqer bunu bəyənir: