Loading...
Loading...

Azərbaycan “SİL” dedi, “Google” sildi!

“Google” şirkəti müxtəlif hüquq pozuntulına görə edilən müraciətləri qiymətləndirərək axtarış nəticələrindən bəzi URL-ləri çıxarıb. Şirkət lazımlı məlumatları ehtiva etməyən və saxta olduqlarını düşündükləri tələbləri rədd etsə də, bəzi hallarda tələblərin haqlı olduğunu düşünərək “təmizləmə” həyata keçirib və bunu müxtəlif nümunələrlə də şəffaflıq hesabatında təqdim edib.

“Google”-nin təqdim etdiyi şəffaflıq hesabatına görə, ümumilikdə 1.75 milyard URL axtarış nəticələrindən çıxarılıb. Domain əsasında isə axtarış nəticələrində görünməsi qadağan edilən saytların sayı 888 min artıb.

Təkcə 2016-cı ilin Avqust ayından bu günə 78 min sayt və 82 milyon URL bloklanıb. Son 1 ildə 341 min sayt ilə 835 milyon URL “Google”un qara siyahısa salınıb.

Qadağa tələb olunan siyahıda çoxluğu tender elanı verən firmalar, Televiziya kanalları və Produksion şirkətləri təşkil edib.

Dövlət və hökumətlərdən gələn tələblər üçün də ayrıca hesabat yayımlayan “Google” qadağan edilən və ya axtarışdan çıxardılan URL-lər üçün də qiymətləndirmə hesabatında xüsusi bölməyə yer verib.

Dövlətlərin tələbi ilə axtarış nəticələrindən çıxarılma ilə bağlı müraciətlərin sayına və səbəbinə bu linkdən baxmaq olar:  https://www.google.com/transparencyreport/removals/government/

24saat.org saytı xəbər verir ki, “Google” şirkəti hesabatında göstərir ki, Azərbaycan dövləti bu şirkətdən cəmi 3 linkin silinməsini tələb edib və bu tələbin hər birində Azərbaycan haqlı hesab olunub.

Məlumat üçün bildirək ki, bu linklərin hər üçü 2015-ci ilin Dekabrında axtarış nəticələrindən çıxarılıb.  “Google” buna səbəb kimi hər link üçün müxtəlif səbəb göstərib. Bunlar “Dini zəmində təhqir”, “Milli təhlükəsizlik” və “Gizlilik və Təhlükəsizlik” olaraq qeyd olunub.

Link: https://www.google.com/transparencyreport/removals/government/AZ/?hl=tr

Məlumat üçün bildirək ki, Avropa ölkələrindən edilən şikayətlər nəticəsində 610.074 URL (43.2%) axtarışdan silinsə də, 56.8% tələb yerinə yetirilməyib.

24saat.org

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Kamran Bağırov Havar Məmmədovu niyə qovub? – İlginc iddia

%d bloqqer bunu bəyənir: