Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan Rusiyadan silah almağa məcburdur”

 Zərdüşt Əlizadə: “Qərb bizə silah satmır, çünki…”

Azərbaycan Rusiyadan silah idxalını sürətlə genişləndirməkdədir. Aprel döyüşlərindən sonra ölkəmizin Rusiyadan xeyli sayda modern raket sistemləri, zirehli texnika alması buna nümunədir.

Maraqlıdır, Azərbaycanın silah idxalı üçün Ermənistana havayı və havayı sayılacaq qədər ucuz qiymətə silah verən Rusiyanın üzərində dayanması nə ilə bağlıdır? Niyə Azərbaycan Rusiyadan dəyəri yüz milyonlarla ölçülən silahlar almaqla Qarabağın işğalında Ermənistanla birlikdə iştirak edən, bu gün də məlum problemin həlli yolunda başlıca əngəl olan Rusiyanın büdcəsini doldurur? Bu, rəsmi Bakının Rusiya qarşısında duyduğu qorxunun təzahüridir, yoxsa rus silahının həqiqətən də alternativsiz olması gerçəkliyinin?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Azərbaycanın buna məcbur olduğunu qeyd etdi:

“Öncə bu məsələni araşdırmaq lazımdır ki, Rusiya niyə Ermənisrana hərbi texnikanı havayı verir, amma bizə pulnan satır? Rusiyanın bir münaqişə yaradıb onu idarə etməsi üçün geosiyasi marağı ilə yanaşı, həm də iqtisadi marağı olmalıdır. Rusiya təbii ki, silah satışını genişləndirməkdə maraqlıdır. Rusiya Ermənistana ona görə silah verir ki, Azərbaycanı özündən silah almağa təhrik etsin. Bu, Rusiya üçün faydalı bir biznesdir. Azərbaycan Rusiyadan silah almağa məcburdur. Qərb Azərbaycana silah satmır və öz mövqeyini bununla əsaslandırırlar ki, biz münaqişə tərəflərinə silah satmırıq. Belə olan halda Azərbacan da məcburdur ki, Rusiyadan silah alsın. Biz Rusiya xaricində yalnız İsraildən silah ala bilirik. İsrail o qədər müstəqildir ki, nə Rusiya, nə də Qərbi saymır. Lakin bizə lazım olan silahların heç də hamısını İsrail istehsal etmir. Belə olan halda Rusiyaya üz tutmalı oluruq.

Burada digər amil Azərbaycanın Rusiya ilə yaxınlığı amildiir. Biz 200 il Rusiyanın tərkibində olmuşuq.

Ordumuz da sovet ordusu əsasında qurulub. Bütün bu amillər Rusiyadan silah idxalında müəyyən rol oynayır”.

 

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Fövqəlnazir icra başçısı ilə “qonşu oldu” – ÖZƏL

%d bloqqer bunu bəyənir: