Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan reytinqinə görə Mozambikdən də geri qaldı

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən hər il Qlobal Innovasiya Indeksi dərc edilir. Bu indeks üzrə ölkələrin reytinqi, patent alınması üçün ölkənin 1 milyon sakininə hesablanan müraciətlərin sayına görə müəyyən edilir.

Reytinqdə yüksək yerlər tutan ölkələr üçün innovasiyalı iqtisadiyyata zəmin olan yaxşı infrastruktur, eləcə də insan kapitalına investisiya yatırmaq istəyi xarakterikdir.

2016-cı ilin nəticələrinə görə, bu reytinqdə birinci yeri keçən il olduğu kimi yenə Isveçrə tutur. Onun ardınca isə Isveç, Böyük Britaniya, ABŞ, Finlandiya və Sinqapur gəlir.

Innovasiya reytinqi siyahısında ümumilikdə 128 ölkənin reytinqi dərc edilib. Estoniya 24-cü yeri tutmaqla, keçmiş sovet ölkələri arasında ən yaxşı nəticəyə malikdir.

Qonşularımızdan Türkiyə 42, Rusiya 43, Iran isə 78-ci yerdə qərarlaşıb. Cənubi Qafqaz ölkələri arasında ilk yeri 60-cı pillədə Ermənistan tutur. Gürcüstan 64, Azərbaycan isə 85-ci yerdədir. Azərbaycan reytinq cədvəlində nəinki qonşu ölkələrdən, hətta Mozambik, Keniya, Ruanda, Mərakeş kimi Afrika ölkələrindən də geri qalır.

Azadliq.info

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

FED: Bu il üçün ən az bir faiz artım yetərlidir

%d bloqqer bunu bəyənir: