Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan prezidentinin mükafatlandırdığı erməni boksçu: “Azərbaycana getməyim alınmır” – VİDEO

Gevorq Manukyan iki ölkə arasındakı münasibətlərdən qorxub.

Ukrayna yığmasının boksçusu Gevorq Manukyan Bakıda iyunun 16-dan 25-nə qədər keçiriləcək lisenziyalı olimpiya turnirində iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, erməni əsilli boksçu Azərbaycan ilə Ermənistan arasındakı müharibə şəraiti ilə bağlı bu qərara gəldiyini deyib.
“Bakıda keçirilən lisenziyalı turnirə gəldikdə, mən ora getmirəm. Erməni əsilliyəm, Azərbaycan isə hazırda Ermənistanla müharibə şəraitindədir, ona görə də Azərbaycana getməyim alınmır. Amma mən Venesuelaya gedəcəm. Orada çalışacam ki, WSB/APB-ya vəsiqə qazanam”.

Maraqlıdır ki, ötən il Bakıda keçirilən 2015-ci ildə Avropa Oyunlarında çıxış edən, hətta medalını ölkə prezidentindən alan erməni idmançının belə çıxışı məntiqsizlikdən başqa heç nə deyil.
Ukraynanı təmsil edən və gümüş medal qazanan erməni əsilli Gevorq Manukyanın kürsüyə çıxması tamaşaçıların bir qədər etirazı ilə qarşılanır. Amma Manukyanı tolerantlıq göstərək şəxsən mükafatlandıran ölkə prezidenti İlham Əliyev izdihamı elə bir hərəkətilə sakitləşdirməyi bacarıb.
Prezident əl işarəsi ilə tamaşaçılara öz razılığını bildirib. Manukyan da öz növbəsində İlham Əliyevə təşəkkür etməyi unutmayıb.
Azərbaycan isə hər zaman ölkədə beynəlxalq yarışlarda iştirak edən idmançıların təhlükəsizliyinə zəmanət verib.
Bir müddət əvvəl boks üzrə Ermənistan yığmasının Bakıya gəlməyəcəyi də dəqiqləşib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ANS PRESS-ə bildirib ki, Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya təsnifat turnirində Ermənistan yığması iştirak etməyəcək. Bu ölkənin adı Beynalxalq Boks Federasiyasının siyahısında yoxdur.
İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. Bu növdə sonuncu lisenziya yarışı “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Levandovski evində ölü tapıldı

%d bloqqer bunu bəyənir: