Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
t%c9%99qaudcu-2

Azərbaycan pensiyası ilə Çexiyada neçə gün yaşamaq olar?

“Praqada 50 yaşdan yuxarı adamlar üçün güzəştli turist səfərləri təşkil edilir. Bütün həyatım gəzməklərdə keçib. Bu yay ərimin yeriməyində problem olduğu üçün bağa gedəsi olduq”.

Çexiyada orta aylıq pensiya təxminən 700 manatdır.

Kimya laboratoriyasında 37 il iş işləmiş Daşa 13 min 650 çex kronu – manata çevirsək, aya 900 manat pensiya alır.

O, bu pula paytaxt Praqada kilosu 8 manat 20 qəpikdən 111 kq ət ala bilər.

“Bunun 7 min kronu yeməyə, 6 min 500 kronu kommunal xərclərə gedir. Amma mənim evim böyükdür. Kirayəçilərim də var. Ərim də qazanır. Əgər evim kiçik olsaydı, kommunal xərclərə 4 min kron bəs edərdi”.

Daşa iynə-dərmana da pul xərcləmir. Onun dövlət sığortası var.

“Əgər bizim tibb xərclərimizi dövlət ödəməsə idi, ölərdik. Biz həyatımız boyu dövlətə işləyib pul ödəmişik”.

Ona deyirik ki, Azərbaycanda orta aylıq pensiya təqribən 200 manatdır. Deyir ki, bu pula yalnız 5 gün yaşaya bilərdi.

“Dəhşətdir. Ukraynalılar da belədir. Mən bunu eşidəndə çox pis oluram, amma bilmirəm necə kömək edim”.

Daşa deyir ki, əri ilə həftədə 2 dəfə, 3 dəfə ya sərgiyə, ya da konsertə gedir. Onlar bioqrafik mühazirələrə də getməyi də xoşlayırlar.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

“Burnunuza yumruq dəyib deyə…” – Erməni deputatla qalmaqal

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: