Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan Ordusunun zabiti şəhid oldu

Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Cəbhədən son XƏBƏR

%d bloqqer bunu bəyənir: