Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan Ordusunun şəhidi dəfn olundu

Mayın 17-də qoşunların təmas xəttində qarşı tərəflə atışmada şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namik oğlu dəfn edilib. ANS PRESS-in məlumatına görə, şəhid bu gün Lerikin Almı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, qəsəbə sakinləri ilə yanaşı hərbçilər də iştirak edib. 18 yaşlı şəhidin dəfn mərasimində Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri eyni zamanda rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak edib. Əsgərlər yaylım atəşi açıb və şəhid torpağa tapşırılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

2 min hektar ərazi azad edildi – Düşmənə ağır zərbə

%d bloqqer bunu bəyənir: