Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan ordusu sərt addımlar atmalıdır” – Hərbi ekspert

Ordumuz cəbhəboyu təlimlərə başlayıb

Təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, habelə Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

Rusiya və erməni mediası ordumuzun bu gün təlimlərinin prezidentlərin görüşü ilə eyni vaxta təsadüf etməsini Azərbaycanın müharibəyə hazırlaşması kimi qələmə verir. Bir çoxları görüşlərin nəticəsi bəlli olandan sonra hərbi əmaliyyatların başlayacağını belə iddia edirlər.

Ordumuzun təlimlərə başlaması və prezidentlərin görüşü barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

“Bu təlimlər müdafiə naziri Zakir Həsənov tərəfindən 2015-ci ilin dekabr ayında təsdiq olunmuş plana əsasən keçirilir. Sadəcə olaraq vaxt baxımında təsadüfi şəkildə həm təlimlər, həm də prezidentlərin Sankt Peterburqdakı görüşü ilə eyni vaxta düşdü. Aprel hadisələrindən sonra Vyanada qərara alındı ki, prezidentlər iyun ayında görüşsün. Sankt-Peterburqda da prezidentlərin görüşü bu dəqiqələrdə keçirilir. Bu tam təsadüfdür. Azərbaycan məqsədyönlü şəkildə təlimlər planlaşdırmayıb.

Bir şeyə sevinirəm ki, təlimlər məhz bu ərəfəyə düşüb. Azərbaycan silahlı qüvvələri 26 iyun tarixində hər il ya hərbi parad, ya da hərbi təlimlər keçirir. Rusiya mətbuatı erməni mətbuatı ilə birlikdə aranı qızışdırırlar ki, Azərbaycan əzələ nümayiş etdirir. Bu bizim təbii haqımızdır ki, ordumuzu gücləndirək. Nə qədər torpaqlarımız işğaldadır, Azərbaycan silahlı qüvvələri silah da alacaq, təlimlər də keçirəcək. Rusiya və erməni mətbuatının məntiqi ilə Hərbi Dəniz Qüvvələrini nə adla təlimlərə cəlb etmişik? Hərbi Dəniz Qüvvələrinin də, xüsusi təyinatlıların da, ümumiyyətlə ordumuzun təlimi silahlı qüvvələrin yaranma günü verilən bir hesabatıdır. Bildiyim qədər, Ali baş komandan da təlimlərdə iştirak etməli idi, ancaq sıx qrafikə görə təlimlərdə iştirak edə bilməyəcək, ancaq silahlı qüvvələr günü ordu ilə bağlı bir sıra tədbirlər planlaşdırılır.

Sankt-Peterburq görüşü formal bir görüşdür. Bu görüş Putin-Lavrov cütlüyünün növbəti hiyləsidir. Bu hiyləni ATƏT də duydu və bu görüşün təşkili ilə bağlı heç bir iştirakının olmadığını bəyan etdi. ATƏT bilir ki, bu, Rusiyanın oyunudur, ona görə də, görüşdən yaxasını kənara çəkdi. Azərbaycan artıq sərt addımlar atmalıdır. Çünki ordu da yorulur. Bu məsələni birdəfəlik həll etmək lazımdır. Ordu nə qədər ermənilərin nazı ilə oynamalıdır? Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, Sankt-Peterburq görüşünün əsas məqsədi aprelin əvvəlində tərəflər arasında güc işlətməməklə bağlı məsələni möhkəmləndirməkdir. Bunlar Azərbaycan xalqını nə hesab edir?

Rus politoloqlardan biri bildirdi ki, bu dəfə hər iki tərəfdən qan su yerinə axacaq. Bu fikirə tam qatılıram. Buna heç kimin şübhəsi olmasın. Çünki hər iki tərəf silahlı insanları cəbhə bölgəsinə toplayıb. Rusiyaya və ATƏT-ə bu sərf edir. Cəbhədə aləm bir-birinə qarışacaq və Rusiya ilə ATƏT mələk obrazında çıxış edəcəklər. Hər dəfə deyirlər, stol arxasına oturun, hər dəfə də otururlar, ancaq nəticə olmur. Yenə erməni kökənli Lavrov oturub dişlərini ağardacaq. Vyana görüşündə ATƏT təklif verdi ki, cəbhə bölgəsinə kameralar quraşdırılsın, insidentlərin araşdırılması mexanizmi həll edilsin, ancaq bunu həyata keçirməyə pul tapa bilmirlər. Bunlar bunu həll edə bilmirsə, biz özümüz özümüzü niyə aldadırıq?

Ordu tam hazır vəziyyətdədir. Bu da ilahinin bir qismətidir ki, təlimlər bu vaxta düşdü. Təlimləri rahat şəkildə real döyüşə çevirmək olar. 25 minlik təlimə qatılmış orduya bir qədər də əlavə edilsə, çox rahat şəkildə torpaqlarımızı işğaldan azad edə bilərik”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Qarabağın qaytarılması prosesi başlandı – TƏHLİL

%d bloqqer bunu bəyənir: