Loading...
Loading...

“Azərbaycan Ordusu Ömər aşırımını ələ keçirməlidir…”

“Ermənistan və Azərbaycan – hər iki tərəf özünü “dördgünlük müharibə” adlandırılan döyüşlərin qalibi hesab edir. Halbuki aprel ayında baş verən bu hadisələr üçün müharibə sözünün işlədilməsi doğru deyil. Bu, müharibə deyildi. Çünki bu döyüşlərdə məhdud vasitələr tətbiq edilmişdi və Azərbaycan tərəfinin də məqsədi məhdud idi”.

ANS PRESS-in məlumatına görə, bu fikirləri “Qarabağ münaqişəsi” mövzusunda baş tutan dəyirmi masada politoloq Aleksandr İskandaryan səsləndirib.

O deyib: “Аzərbaycan-Ermənistan danışıqlarında əslində nə baş verir? Azərbaycan tərəfi qaytarılmış əraziləri ordunun qələbəsi kimi görür. Onlar 22 il ərzində ilk dəfə vuruşdular və qalib gəldilər”.

Qafqaz İnstitutunun siyasi tədqiqatlar departamentinin başçısı Sergey Minasyan isə öz növbəsində hərbi əməliyyatlar zamanı ordumuzun nəzarətinə keçən ərazilərin əhəmiyyətindən danışıb.

Minasyan bildirib ki, hələlik təmas xəttinin yekun demarkasiyası (sərhədlərin müəyyən edilməsi) məsələsi müəyyən edilməyib. Azərbaycan tərəfi bu ərazilərin mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Ancaq Ermənistan tərəfi bildirib ki, itirilmiş ərazilər strateji əhəmiyyətə malik deyil.

Sergey Minasyan - Qafqaz İnstitutunun siyasi tədqiqatlar departamentinin başçısı

O, müqayisə üçün bildirib ki, əgər Azərbaycan tərəfi Talış yüksəkliyini deyil, Ömər aşırımını ələ keçirsəydi, bunun daha böyük əhəmiyyəti olardı. “Hərbi nöqteyi-nəzərdən bu ərazilər taktiki əhəmiyyətə malik deyil. Ancaq şimal yüksəklikləri imkan verir ki, Azərbaycan tərəfi Madagiz kəndini artilleriyadan, hətta atıcı silahlardan da atəş altında saxlasın”, – deyə Minasyan bildirib.

Politoloq Aleksandr Krılov isə qeyd edib ki, məsələ Azərbaycanın geri qaytardığı ərazilərin əhəmiyyətində deyil. “Prinsipial əhəmiyyət daşıyan məsələ ondan ibarətdir ki, Azərbaycan ilk dəfə torpaqlarını geri qaytardı. Bu isə o deməkdir ki, vəziyyət ermənilər üçün əlverişsiz istiqamətdə inkişaf edir və Azərbaycan bu faktdan var gücü ilə istifadə edəcək”, – Krılov bildirib.

1993-cü il aprelin 3-də erməni tərəfi Laçın rayonunun şimalını və Kəlbəcər rayonunu işğal edib. Günün sonuna Qarabağdakı erməni birlikləri Azərbaycan Ordusunun geri çəkilən bölmələrini təqib edərək Ömər aşırımına çıxıb və Kəlbəcəri Gəncə ilə birləşdirən yol ayrıcını ələ keçirib. Bu, həmin Ömər aşırımıdır ki, 701-ci briqadanın bölmələri 4 aprel saat 03:00-da hücuma keçərək 26 nəfər şəhid, 20 nəfər yaralı itki verməklə onu ermənilərdən azad ediblər.

Saat 13:00-da Ömər aşırımının ətəyinə Müdafiə Nazirliyi tərəfindən iki briqada gətirilib. 5 apreldə Kəlbəcər şəhəri müdafiəçilərinin şəhərin mərkəzinə sıxılmış son atəş nöqtələri ermənilər tərəfindən atəşə tutulub. 7 apreldə Zəylik və Yellicə zastavalarının şəxsi heyəti Ömər aşırımında mühasirəni daxildən döyüşlərlə yarmaqla, itkilər verərək mühasirədən çıxıb.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Sarkisyandan Bakıya müharibə hədəsi

Loading...
%d bloqqer bunu bəyənir: