Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan ordusu Ermənistana “sürpriz” hazırlayır

İsrail Azərbaycana lazerlə istiqamətləndirilən tanklara qarşı Lahad raketi verib. Azərbaycan bu raketi alan ilk ölkədir və bu ölkənin hərbi qabiliyyətinə üstünlük gətirir.

Şotlandiyalı siyasi təhlilçi və Qlazqo Kaledoniya Universitetinin məzunu Fuad Ələkbərovun, təmas xəttində yaşanan son gərginliklər və bunun regionun geosiyasətinə təsirləri barədə məqaləsini təqdim edirik:

Atəşkəsin pozulması ilə bağlı iki versiya var: Bunlardan biri Ermənistan tərəfin versiyasıdır ki, atəşkəsi Azərbaycan ordusu pozub. Azərbaycan rəsmiləri isə dəfələrlə bildiriblər ki, hərbi əməliyyatlara ermənilər başlayıb, Azərbaycanın suveren ərazisinə atəş açıblar.

Geosiyasətdən danışanda mənə belə gəlir ki, münaqişə Azərbaycanın regionda gücləndiyi yeni fonda baş verir. Çünki tam yəqinliklə Azərbaycan Cənubi Qafqazda ən mühüm və güclü ölkəyə çevrilib. Azərbaycan regionda yeni rol axtarır. Suveren torpaqlarının işğalı, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı mövqeyini aydın göstərmək istəyir. Eyni zamanda, Azərbaycan çox mühüm geostrateji layihə olan nəqliyyat dəhlizini həyata keçirmək istəyir.

Azərbaycan rəsmiləri Xəzər dənizində yeni liman, əslində, üç limandan ibarət bir kompleks inşa edir. Onlar sadəcə neft ixrac edən enerji ölkəsindən regionda enerji nəqliyyat mərkəzinə çevrilmək və hadisələrə ölkənin təsirinin artırılmasını istəyir. Bu nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsi bu mənada məntiqi görünür.

Ermənistanın ucbatından Azərbaycan 24 ildən çoxdur ki, təcavüzdən əziyyət çəkir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb və bir milyondan çox insan oradan qovulub. Belə bir ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham edilməsi riyakarlıq və ləyaqətsizlikdir. Erməni deputatların fikrincə, məgər bunlar insan hüquqlarının pozulması, beynəlxalq hüququn ən adi normalarının pozulması deyilmi?

İsraildə çıxan Haaretz qəzeti bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinə aid olan böyük yük təyyarəsi, son həftələrdə iki dəfə İsrailin Negev ərazisinin Uvda hərbi aerodromuna enib. Bundan əlavə, Meretz partiyası sədrinini ölkənin müdafiə nazirinə yazdığı etiraz məktubuna istinadən bildirir ki, İsrail yaxın günlərdə Azərbaycana “daha çox dron” göndərməyə hazırlaşır.

Qeyd olunmalıdır ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycana aid dronlardan birinin avtobusa çırpılaraq Qarabağda cəbhə xəttinə gedən “7 erməni könüllüsünü” öldürdüyünü iddia edib. Azərbaycan tərəfi “avtobusun məhvini” təsdiqləsə də, bu videoya münasibət bildirməyib. Serj Sarkisyan şahmat termini ilə desək, “tsuq tsvanq” vəziyyətinə düşüb.”

Rusiyanın reaksiyası gözlənilən idi, çünki Rusiya regionda hadisələrin inkişafına təsir göstərmək imkanını saxlamağa çalışır. Rusiya hər iki tərəfə ən müasir silah satır. Bircə fərq ondadır ki, Ermənistan Rusiyadan bu silahları bazar qiymətinə alır və ağır silahlara 2 milyard dollar sərf edib. Ermənistan raket texnologiyalarının, hərbi texnikanın və s. təkmilləşdirilməsi üçün 200 milyon dollarlıq kredit alır. Bu, aydındır.

Rusiya cənub sərhədlərində hərbi əməliyyatların genişlənməsini istəmir. Mənə həm də aydındır ki, Ərdoğanla görüşlərində Əliyev öz mövqeyini və Dağlıq Qarabağda necə deyərlər, “dondurulmuş münaqişə”nin statusunun dəyişməməsi ilə bağlı narazılığını aydın ifadə edib və aydındır ki, o, dəstək alıb. O da mühümdür ki, hərbi əməliyyatlar həm Azərbaycan, həm də Ermənistan liderlərinin Vaşinqtonda olduğu vaxt baş verib.

İlham Əliyev aprelin 1-də Baydenlə danışıqlar aparıb. Hərbi əməliyyatlar da aprelin 1-də 2-ə keçən gecə başlayıb. Amerika rəsmiləri bu hadisələrdən narazıdır. Bir mühüm məsələni qeyd etmək lazımdır ki, martın 31-də İsrail Azərbaycana lazerlə istiqamətləndirilən tanklara qarşı Lahad raketi verib. Azərbaycan bu raketi alan ilk ölkədir və bu ölkənin hərbi qabiliyyətinə üstünlük gətirir.

Rəsmi olaraq İsrail hökuməti münaqişədə heç bir tərəfi dəstəkləməmək kimi seçim edib. Heç şübhəsiz, İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Aydındır ki, əgər Azərbaycana belə müasir hərbi texnika verilirsə, ölkənin hərbi qabiliyyəti artırılır. Bundan əlavə, İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində, Azərbaycanın da kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiya sahəsində İsraildə istehsal edilən müasir yüksək texnologilayara ehtiyacı var.

Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksər hissəsinin hörmət və ehtiramını qazanıb. İsrail ilə Azərbaycan arasında, həmçinin azərbaycanlı müsəlmanlar və azərbaycanlı yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır.

İki ölkə arasında mövcud insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi bu ölkələrin hər ikisini zənginləşdirir. Bundan əlavə, aşkardır ki, Azərbaycanda yəhudilərlə müsəlmanlar həmişə dinc yanaşı yaşayıb, bu gün də qardaş kimi yaşayırlar, bu xalqların ortaq tarixi və ümumi taleyi onları həmişəlik bir-birinə bağlayıb. (sputnik)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Polkovnik Manuxin: ”Ermənilər başını itiriblər, səfərbərliyin heç bir xeyiri olmayacaq”

%d bloqqer bunu bəyənir: