Loading...
Loading...
fazil

“Azərbaycan Moskva qurultayına görə Rusiyaya nota verməlidir”

 

Fazil Mustafa: “Bu, ona bənzəyir ki, bizdə çeçenlərin anti-Rusiya qurultayı keçirilsin”

Talış separatçılarının sentyabrın 25-də keçirilən Moskva qurultayında Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə kəskin fikirlər səsləndirməsi ölkəmizin fəal ictimai-siyasi kəsimində ciddi etiraza səbəb olub. Maraqlıdır, rəsmi Bakı necə bu qurultaya ev sahibliyi edən Rusiyaya öz etiraz və narazılığını bildirməlidirmi?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən millət vəkili Fazil Mustafa bunun nəinki mümkün, həm də zəruri olduğunu vurğuladı:

“Hesab edirəm ki, Azərbaycan XİN-i bununla bağlı Rusiyaya nota təqdim etməlidir. Çünki bizim Rusiya ilə normal, sağlam dostluq münasibətimiz var. Onda belə çıxır ki, Azərbaycan da çeçenlərin Rusiya əleyhinə qurultay keçirməsinə imkan yarada bilər. Belə olarsa, bu o demək olar ki, Rusiya əleyhinə olan addımlara biz də rəvac veririk. Bu isə dostluq münasibətinə uyğun gələn addım olmaz. Rusiyanın atdığı bu addım dostluq münasibətinə uyğun addım deyil. Ola bilsin ki, Rusiyanın uzunmüddətli siyasətində Azərbaycanda hansısa separatçılığın dəstəklənməsi kursu var. Belə bir düşüncə olmasaydı, belə bir toplantının keçirilməsinə icazə verilməzdi”.

Seymur Əliyev

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Moskva İrəvanı silahlandırmaqla bərabər… – Şərh

Loading...
%d bloqqer bunu bəyənir: