Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan “Metsamor”un bağlanmasında ən maraqlı ölkədir”

 

Rövşən Rzayev: “Metsamor” AES-in bağlanması yönündəki səylər birləşdirilməlidir”

Məlum olduğu kimi, bu günlərdə Türkiyə tərəfi Ermənistandakı “Metsamor” AES-in bağlanmasının zəruriliyi ilə bağlı fikir səsləndirib. Hansı ki, Azərbaycan tərəfi uzun illərdir ki, bu problemi beynəlxalq səviyyədə gündəmdə saxlamağa cəhd edir.

Maraqlıdır, Azərbaycan və Türkiyənin bu istiqamətdəki səylərini birləşdirməsi “Metsamor”AES-in bağlanması ilə nəticələnə bilərmi? Bu məqsədlə digər region dövlətləri səfərbər edilməlidirmi?

24saat.org-a açıqlama verən millət vəkili Rövşən Rzayev belə bir həmrəyliyə ciddi ehtiyac olduğunu qeyd etdi:

“Azərbaycan “Metsamor”un bağlanmasında ən maraqlı ölkədir. “Metsamor”AES bütün regionda humanitar fəlakət yarada biləcək bir stansiyadır. Çünki bu stansiya həddindən artıq köhnəlib və təmirə yararsızdır. Türkiyə də Ermənistanla qonşu dövlətdir və onlarda “Metsamor”da baş verəcək fəlakətin ziyanını çəkə bilərlər. Yalnız Azərbaycan və Türkiyə deyil, bütün region dövlətləri “Metsamor”AES-in bağlanmasında maraqlı olmalıdır. Çünki bu stansiya real təhlükə mənbəyidir.

“Metsamor”AES-in bağlanması beynəlxalq təşkilatların da marağında olmalıdır. Bununla bağlı beynəlxalq aləmin təpgisi ortaya qoyulmalıdır. Əgər bu baş verərsə, o zaman “Metsamor” AES-in bağlanmasına nail olmaq olar”.

 

Seymur Əliyev

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bazarlarda son durum – Qiymət niyə artıb?

%d bloqqer bunu bəyənir: