Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan hökuməti Rusiya mediasından da çəkinir

Siyasi hakimiyyəti qorumaq qayğısı Azərbaycandakı rejimi Rusiyadakı rejimlə yaxşı münasibət saxlamağa vadar edir

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın “lenta.ru” saytında dərc edilən müsahibəsinə Azərbaycan tərəfi hələ rəsmi reaksiya verməyib. Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyi mövqeyinin saytda dərc olunmasını istəsə də, bu müraciətə müsbət cavab verilməyib. Adıçəkilən sayt KIV haqqında qanunu kobud şəkildə pozaraq, Azərbaycan səfirliyinin mövqeyini dərc etməyəcəyini bildirib.

Göründüyü kimi, sayt separatçı rejimin başçısından alınmış, Azərbaycanla bağlı ədalətsiz və saxta dəlillərlə dolu olan müsahibəyə qarşı Azərbaycanın mövqeyini dərc etməkdən imtina edir. Başqa sözlə, Rusiya tərəfi rəsmi müdaxiləyə də kobud münasibət göstərdiyini ortaya qoyub. Lakin bu məsələ ilə bağlı Azərbaycan tərəfi hələ də susur. Görəsən, belə dişsiz münasibətin kökündə nə dayanır? Hakimiyyət Rusiyaya münasibətdə niyə çəkingənlik nümayiş etdirir?

Sirr deyil ki, Rusiya mətbuatı həmişə olduğu kimi, bu dəfə də ermənipərəst mövqedən çıxış edib. Aprel ayının əvvəllərində, cəbhə bölgəsində döyüşlər getdiyi günlərdə Qərb mətbuatından fərqli olaraq, Rusiya mediası Ermənistana açıq-aşkar dəstək verirdi. Ən müxtəlif dövrlərdə Rusiyanın Ermənistana açıq dəstəyi olub, amma Azərbaycan hakimiyyəti Qarabağ probleminə görə Rusiyanı deyil, başqalarını günahlandırmağa üstünlük verib. Bunun da çox sadə bir səbəbi var. Azərbaycandakı və Rusiyadakı rejim eyni tipdə olduğundan, aralarında kifayət qədər yaxşı münasibət var. Siyasi hakimiyyəti qorumaq qayğısı Azərbaycandakı rejimi Rusiyadakı rejimlə daim yaxşı münasibətdə olmağa vadar edir. Məhz bu səbəbdən biz Rusiyanın Qarabağla bağlı mövqeyinə görə Azərbaycan hakimiyyətindən sərt münasibət görmürük.(azadliq.info)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Konstitusiya Məhkəməsi ölkədə monarxiyanın qanuniləşməsinə “hə” dedi

%d bloqqer bunu bəyənir: