Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Azərbaycan hakimiyyətinin Gülənlə hansı əlaqələri var?

Məşhur «BuzzFeed» saytında yer alan sensasion faktlar

Türkiyədəki hərbi çevrilişə cəhddən sonra Fətullah Gülən tərəfdarlarına qarşı başlayan əməliyyatlar Azərbaycan hakimiyyətini təşvişə salıb. Türkiyə hakimiyyəti bu məsələdə prinsipial mövqe tutaraq heç kimə güzəşt etmək istəmir. Gülənin isə Azərbaycan hakimiyyətində ciddi dayaqları olması barədə iddialar var.

Bu iddiaların əsassız olmadığı Türkiyədə SOCAR-ın Gülənlə ilişgiləri barədə materiallara geniş yer verilməsindən görünür. Rəsmi Ankara Bakıdan “gülənçilər”lə hesab çəkməyi tələb edir. Bu isə Azərbaycan hakimiyyəti üçün o qədər də asan iş deyil. Bu halda komanda daxilində ciddi parçalanma yaşana bilər. Digər tərəfdən hakimiyyətin özünün lobbiçilikdə Fətullah Gülənə yaxın təşkilatlardan yararlandığı barədə hətta beynəlxalq mediada tutarlı faktlar yer alıb.

Hakimiyyət vəziyyətdən çıxış yolunu istiqaməti müxalifətin üzərinə yönləndirməkdə görür. Artıq iqtidarın nəzarətində olan media orqanlarında Azərbaycan müxalifətini Gülənə bağlamaq cəhdləri yer alıb. Lakin Ankaranın bu əsassız iddiaları qəbul edəcəyi inandırıcı deyil.

Hakimiyyətin Gülənlə əlaqələrinə gəlincə, hələ 2014-cü ildə britaniyalı jurnalist Rosie Gray məşhur “BuzzFeed” saytında bununla bağlı geniş məqalə dərc etdirib.

Jurnalist yazır ki, Azərbaycan özünün neft sərvətini siyasi dəstəyə çevirmək məqsədilə ABŞ millət vəkillərinin qəlbini və beynini ələ almaq üçün sürgündəki Türkiyə vaizi və Texas qubernatoru Rick Perrinin bacısı ilə birlikdə geniş kampaniyaya başlayıb.

Məqalədə deyilir ki, 2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul ediblər. Bunların əksəriyyəti Xocalı soyqırımı ilə bağlı ümumən dəstək və ya tanıma bildirən qətnamələrdir.

Müəllif qeyd edir ki, bu qətnamələrin ümumi cəhəti bundan ibarətdir ki, onların layihələrini yerli qanunvericilik orqanlarına təqdim edən millət vəkilləri bir qayda olaraq “Turquoise Council for Americans and Eurasians” adlı qeyri-hökumət təşkilatının 2013-cü ilin mayında Bakıda keçirdiyi konfransda iştirak ediblər.

Məqalədə qeyd olunur ki, Hyustonda qeydiyyatdan keçmiş bu təşkilat ABŞ-da könüllü sürgündə olan və hazırda Türkiyə hökuməti ilə qarşıdurmaya çıxmış Fətullah Gülənin Hizmet hərəkatı ilə bağlıdır.

Rosie Gray yazır ki, Azərbaycanda insan haqlarını pozmaqda olan rejim Yuta, Nyu Meksiko, Tennesi, Kanzas, Cənubi Dakota, Missuri, Arkanzas, Indiana, Oklahoma, Texas, Arizona, Pensilvaniya, Missisipi, Illinoys, Qərbi Virciniya, Vayominq və Havay ştatlarında qaldırılmış təşəbbüsləri təbliğat kimi istifadə edir.

Jurnalist onu da yazır ki, Sunlight Foundation təşkilatının məlumatına görə, Azərbaycan hakimiyyəti imicini yaxşılaşdırmaq üçün təkcə 2013-cü ildə lobbiçiliyə 2,3 milyon dollar sərf edib.

Məqalədə deyilir ki, Azərbaycan ABŞ-da lobbiçilik fəaliyyətini əsasən üç qurum vasitəsilə həyata keçirir: ABŞ-dakı səfirlik, nisbətən yeni yaradılmış Azərbaycan Amerika Alyansı və Vaşinqtonda ofis açmış SOCAR. Xatırladılır ki, Azərbaycan Amerika Alyansına nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edir.

Məqalədə qeyd olunur ki, SOCAR ABŞ millət vəkilləri ilə əlaqəni Vaşinqtonda yerləşən Robert+White şirkəti vasitəsilə yaradır. Onların 2013-cü ilin mayında Bakıya səfərini də SOCAR maliyyələşdirib. Bir sıra konqresmenlərin və Obama administrasiyasının keçmiş üzvlərinin də qatıldğı nümayəndə heyətinə Bakıda dəbdəbəli ziyafətlər, bahalı hədiyyələr verilib.

Məqalədə deyilir ki, Turquoise Council for Americans and Eurasians təşkilatına Fəthullahçı hərəkatın davamçılarından Kemal Öksüz rəhbərlik edir. O eyni zamanda SOCAR tərəfindən maliyyələşdirilən və Hyustonda yerləşən Azərbaycanın Dostları Assambleyasının (Assembly for the Friends of Azerbaican) başçısıdır. Assambleyanın vise-prezidenti Texas qubernatoru Rick Perry-nin bacısı Milla Perry Cones-dir. Təşkilatın xəzinədarı SOCAR-ın Vaşinqton filialının rəhbəri Rauf Məmmədovdur.

Bu da qeyd olunur ki, Öksüz Texasda yerləşən TDM Contracting şirkətinin sahibidir. Bu şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

Vayominq ştatının nümayəndəsi Dave Zwonitzer deyib ki, onunla və daha dörd Vayominq millət vəkili ilə Mosaic Foundation adlı Fəthullahçı qrup əlaqə yaradıb və Bakıya pulsuz səfər təklif edib.

Təşkilatın nümayəndəsi deyib ki, Bakıya bütün Amerikadan dörd avtobus siyasətçi gedib.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Nadir İnstaqram səhifəsini bağladı – FOTO

%d bloqqer bunu bəyənir: