Loading...
Loading...

“Azərbaycan hakimiyyətini sanksiyalarla qorxutmaq mümkün deyil”

 

Mirmahmud Mirəlioğlu: “Hakimiyyət üçün bütün bunlar ikinci dərəcəli məsələdir”

Bugünlərdə Amerikanın bəzi konqresmenləri Azərbaycan hakimiyyətini sanksiyalarla hədələyib. Amerikalı konqresmenlər hesab edir ki, əgər hakimiyyət demokratiya və insan haqları məsələsində müsbət addımlar atmasa, o zaman Azərbaycana qarşı sanksiyaların tətbiqi qaçılmaz olacaq.

Maraqlıdır, yaxın gələcəkdə Qərb və ABŞ tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiqi mümkündürmü?

Bununla bağlı 24saat.org-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu sanksiyaların tətbiqini mümkün hesab etsə də, hakimiyyəti bu kimi addımlarla qorxudub çəkindirməyin mümkün olmadığını vuruladı:

“Azərbaycana qarşı sanksiyalar tətbiq edilə bilər. Bu, mümkünür. Lakin Azərbaycan hakimiyyətini bu sanksiyalarla qorxutmaq, çəkindirmək mümkün deyil. Azərbaycan hakimiyyəti üçün bütün bunlar ikinci dərəcəli məsələdir. Bununla hakimiyyəti nəinki qorxutmaq, heç diksindirmək də mümkün deyil”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Lavrov İrəvandan sonra Bakıya gəlmədi

%d bloqqer bunu bəyənir: