Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
teyyare2

Azərbaycan hərbi təyyarələri havaya qaldırdı – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.

Tam hazır vəziyyətə gətirilən 50-dən çox hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.

Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

BİABIRÇILIQ: Azərbaycanlı molla evində yad qadınla tutuldu: “Mən bu qadını alıram” – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: