Loading...
Loading...

Azərbaycan həbsxanalarında mövcud durum qənaətbəxşdirmi? – MÜNASİBƏT

 Oqtay Gülalıyev: “Həbsxanalarda vəziyyət insan həyatı üçün təhlükəli olaraq qalır” 

Əliməmməd Nuriyev: “Konstruksiya və ümumi sıxlıq var, lakin ciddi problem yoxdur” 

Novella Cəfəroğlu: “Dəqiq bir söz söyləyə bilmərəm”

Son vaxtlar ölkə həbsxanalarının mövud durumu ilə bağlı ölkə mediasında narahatedici məlumatlar yer almaqdadır. Belə ki, həbsxanadan azad edilən bəzi siyasi məhbuslar özləri ilə azadlığa həbsxana şəraiti ilə bağlı ilginc məlumatlar da gətirib ki, bu məlumatlarda məhbusların ağır şərtlər altında yaşadıqları ilə əlaqədar informasiyalar yer alır. Həbsxanada tibbi xidmətin aşağı səviyyədə olması, normal qidalanmanın təmin edilməməsi, dustaq sayının çarpauı sayından çox olması və bu səbəbdən də bəzi dustaqların növbəlilik prinsipi ilə yatması və s. kimi məlumatlar həbsxanaların mövcud vəziyyəti ilə bağlı ənənəvi narahatlığı yenidən aktuallaşdırıb.

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev ölkə həbsxanlarındakı vəziyyətin həqiqətən də acınacaqlı olduğunu vurğulayıb:

oqtay_bey“Təəsüflə qeyd etmək lazımdır ki, Azərbaycanda həbs yerlərində vəziyyət kiçik istisnaları çıxmaq şərti ilə insan həyatı üçün təhlükəli olaraq qalır. Hər hansı ciddi pozitiv dəyişiklilərdən söhbət gedə bilməz. Əksər həbsxanalar sovet dövründən tikilib. Tibbi, sosial xidmət, qida təminatı, infrastrukturun vəziyyəti bərbad haldadır. Həbs yerlərində saxlanan dustaqların sayı çoxdur. Dustaqların saxlanma sıxlığı yüksək həddədir. Ona görə də biz həmişə hesabatlarımızda təklif edirik ki, məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması, həbs yerlərində infrastrukturun inkişaf etdirilməsi, işgəncə və korrupsiya hallarının qarşısının alınması üçün ciddi islahatlar həyata keçirilməlidir. Penitensiar Xidmət əməkdaşlarının dustaqlara sovet dövründən qalma münasibət dəyişməlidir”.

Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə həbsxanalardakı mövcud vəziyyyətlə bağlı səsləndirilən bir çox tənqidi fikrin həqiqətə uyğun olmadığını vurğuladı:

eliehmed-bey“Əgər nəinki 15 il, hətta bir il bundan öncəki vəziyyətlə müqayisə etsək görərik ki, bu gün həbsxanalarda çox önəmli dəyişikliklər baş verib. Proqress davam edir. Lakin nəzərə almaq lazımdır ki, bizim cəzaçəkmə müəssisələrinin böyük əksəriyyəti ya ötən əsrin ortalarında tikilib, ya da başqa təyinatlı olsa da sonradan cəzaçəkmə müəssisəsinə çevrilib. Buna görə də konstruksiya sıxlığı deyilən sıxlıq mövcuddur. Amma məhkumlarların sayı ilə çarpayıların sayı arasında uyğunsuzluğun möcudluğu ilə bağlı səslənən fikirlər əsassızdır. Bunu yalnız cəzaçəkmə müəssisələri haqqında məlumatı olmayan şəxslər deyə bilər. Cəzaçəkmə müəssisələrində yetərincə çarpayı var. Bəzi cəzaçəkmə müəssisələrində çarpayı istehsal olunur. Ən azından bu sadə məntiqə görə, cəzaçəkmə müəssisələrində çarpayı qıtlığı yoxdur. Digər lazımi aksesuarlar da var.

Ümumi qaydada isə müəyyən sıxlıq əlbəttə müşahidə olunur. Çünki yeni qəbul edilən Cəzaların İcrası Məcəlləsindən əvvəl tamam fərqli meyarlar var idi, bundan sonra isə tamam yeni meyarlar müəyyən edildi. Biz Avropa qaydalarını qəbul etmişik. Bu baxımdan kvadrat metrlə bağlı müəyyən fərqlər ola bilər. Bu problemin aradan qaldırılması istiqamətində də daimi olaraq iş aparılır.

Bunlardan biri məhkumların sayının azaldılması ilə bağlıdır. Vaxtından əvvəl şərti azadlığa buraxmağın daha geniş tətbiqi ilə bağlı işlər həyata keçirilir. Ədliyyə sisteminin inkişaf proqramı var. Bu proqrama görə yeni cəzaçəkmə müəssisələri tikilir. Naxçıvanda heç bir sıxlıq yoxdur. Şəkidə müasir standartlara cavab verən yeni həbsxana tikilib və burada da hər hansı sıxlıq yoxdur. Lənkəranda və Qobustanda yeni cəzaçəkmə müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Bu cəzaçəkmə müəssisəsləri Avropa standartlarına uyğun olaraq inşa edilir. Bununla yanaşı alternativ cəzaların tətbiqi istqiamətində də iş gedir. Bütün bunlar məlum sahədə vəziyyətin yaxşılaşdırılması hesablanıb”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə həbsxanaların mövcud durumu ilə bağlı dəqiq təsəvvürə malik olmadığını bildirdi:

novella_xanim“Mən xeyli müddətdir ki, həbsxanalarda olmamışam. Buna görə də həbsxanalardakı hazırkı vəziyyətlə bağlı dəqiq bir fikir söyləyə bilmərəm”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Prokurora demirsən, lap İlham Əliyevə de…”

%d bloqqer bunu bəyənir: