Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Azərbaycan gömrüyü adamın anasını ağladır”

“Qarabağda atırlar.

Burda bizə top-tüfəng atmırlar. Burda müharibə başqa formada gedir. Əhali yaşayış uğrunda  çarpışır. Azərbaycan-İran gömrüyündən gedib-gəlmək müharibədən pisdir. Xüsusən də Azərbaycan gömrüyü adamın anasını ağladır. “

Astara keçid məntəqəsinin önündə növbəyə duran azərbaycanlılardan biri əli ilə adamları göstərərək, sözünə belə davam edir:
“İrana getmək istəyənlər azalıb.

Astara gömrüyü

Döyüşlər gedən vaxtlarından bəri bu belədir. Axı itkilərimiz var. İş yoxdur. Necə edək? Xırda alverlə çörək pulu qazanırıq.”

İrana gedənlərin sayının azaldığını nəzarətçi də deyir. O bildirir ki, Qarabağda müharibə başlayıb. Üstəlik İranda ABŞ dolları qalxıb. Çox adama ora getmək sərf etmir:

”Əvvəllər Novruzda hər gün iki minə yaxın adam gedirdi İrana. İndi isə bu rəqəm 700-800 nəfərdir. Elə olur ki, bu say 400-ə düşür. Gedənlər arasınada xəstələr də var. Amma ən çox alverşilər gedirlə. Həm də, İrana 15 gündən bir buraxırlar.”

İndi əvvəlki sıxlıqdan əsər-əlamət qalmayıb. Müştərisini gözləyən işçilər də, sürücülər də gözləyir.

Astara gömrüyü

Dolanışığını sərhədyanı ticarətlə təmin edən Elman Əliyevin sözlərinə görə, o, İrandan piyada qayıdanlardan mal alır. Amma o iddia edir ki, mal ilə dolu mağazadan alver edən azdır:
İrana gedənlərin gəliri aşağı düşüb

“Döyüşlərdən əvvəl də vəziyyət pis idi. Hazırda günü-gündən də pisləşir. Böhrandır və bunun davam edən müharibəyə aidiyyatı yoxdur. İrandan yuyucu toz, xlor, şirniyyat, siqaret, ağartı məhsulları, xiyar-pomidor, kartof və başqa bu kimi mallar gətirirlər. Qiymət fərqi çox azdır. Əvvəllər İrana gedib-gəlib ən yaxşı halda 50 manat qazanmaq olurdu. İndi bu qazanc düşüb olub 10 manat. İran Astarasında olan tanış tacirdir də vəziyyətin pis olduğunu deyir. ”

Elman Əliyev bildirir ki, İran tərəfdə  1 dollar 3500 , 1 AZN isə 2150 tümənə dəyişdirilir. Dolların qalxmasına görə cənuba üz tutanların sayı azalıb.

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

«Qumarda qızını uduzan atalar peyda olub»

%d bloqqer bunu bəyənir: